Ukrayna Prezident Ofisindən kadr dəyişikliklərinə REAKSİYA
Dünya
24-01-2023, 14:02
Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak ölkə Prezidenti Volodimir Zelenskinin kadr dəyişikliyi ilə bağlı məsələyə münasibət bildirib.
Bu barədə o, özünün “Twitter” hesabında yazıb:
“Zelenskinin kadr qərarları dövlətin əsas prioritetlərindən xəbər verir... Müharibə zamanı hər kəs öz məsuliyyətini dərk etməlidir. Prezident cəmiyyəti görür və eşidir. Və o, birbaşa əsas ictimai tələbə cavab verir - hamı üçün ədalət...”
Qeyd edək ki, bu gün Ukrayna müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini Vyaçeslav Şapovalov, Ukrayna Baş prokurorun müavini Aleksey Simonenko və Ukrayna Prezident Ofisi rəhbərinin müavini Kirill Timoşenko vəzifələrindən azad ediliblər.