Rusiya ilə Ukrayna arasındakı gərginliyin artmasının qlobal qida qiymətlərində artıma səbəb ola biləcəyi nəzərdə tutulur.
Marja xəbər verir ki, Rusiya, Qaradənizdən Azov dənizinə yeganə keçid olan Kerç Boğazını hərbi gəmilərə bağlayıb. Bu qadağanın ticarət gəmilərinə də tətbiq olunması vəziyyətində Ukraynanın taxıl ixracının dayanacağı bildirilir.
Rabobank, Ukraynanın qlobal buğda ixracının təxminən 10%-ni, arpa ixracının 16%-ni etdiyini, ixracda yaşanacaq axsamanın onsuz da son dövrdə yüksələn qida inflyasiyasında yeni bir yüksəlişə səbəb olacağını açıqlayıb.
Rabobank-ın analitiki Dennis Voznesenski, Ukraynanın taxıl ixracının təxminən 5%-inin Azov dənizindəki 2 limandan edildiyini bildirib və "Rusiyanın bu qadağası ticarət gəmiləri üçün də etibarlı olsa Ukrayna üçün böyük bir problem olar. Ən böyük risk də qarşıdurmanın digər limanlara da təsir etməsilə yarana bilər. Bu vəziyyətin qlobal miqyasda təsiri olar" deyib.
Qlobal qida inflyasiyasıson dövrdə soyuq hava və Çinin tələbinin artması ilə yüksəlir.