Rusiya ordusunda son 50 ilin ən böyük hərbi fəallığı müşahidə edilir.
Metbuat.az xəbər verir ki, Rusiya və Ukrayna demək olar ki, bütün hərbi qüvvələrini hərəkətə keçirib. Məlumata görə, bu beş yüz minə yaxın hərbçi deməkdir. Rusiyanın “Echo Moscow” radiosuna açıqlama verən mütəxəssislər prezident Vladimir Putinin son 50 ilin ən böyük hərbi daşınması barədə əmr verdiyini bildirib.
Rusiyalı hərbi mütəxəssis Pavel Felgenauer “Rusiya müharibənin astanasındadırmı?” sualına “Demək olar ki” cavabını verib: Bütün ordu səfərbəlik vəziyyətindədir. Sakit okeanından Baltik dənizinə qədər bütün birliklər.1962-ci ildən sonra belə hal olmamışdı”. / Metbuat.az