[right][/right]
Qondarma rejimin başçısı Arayik Harutyunyan Ermənistan ordusunun Nikol Paşinyanın istefasını tələb etməsinə reaksiya verib.
Axin.az Yenisabah.az-a istinadən xəbər verir ki, separatçıların lideri son siyasi hadisələrə görə narahat olduğunu bildirərək tərəfləri ağıllı və sağlam düşüncəli olmağa səsləyib. Harutyunyan bildirib ki, təmkinli olmayacaqları təqdirdə, məğlubiyyətləri daha dərin və ağır olacaq:
“Tökdüyümüz qan bizim üçün kifayətdir. İndi böhrandan çıxmaq və uzunmüddətli inkişaf, gücləndirmə yolunda hərəkət etmək vaxtıdır. Hazırda Yerevanda olduğum üçün siyasi böhranı şərəflə sonlandırmaq üçün vasitəçilik missiyasını yerinə yetirməyə hazıram”.
Xatırladaq ki, bir müddət əvvəl Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı Baş nazir Nikol Paşinyanın və hökumətin istefasını tələb edən bir bəyanat yaydı.