“Azərbaycan və Türkiyə silahlı qüvvələri bütün tapşırıqları icra etməyə hazırdır”
Türkiyənin Qars şəhərində Türkiyə və Azərbaycan hərbçilərinin iştirakı ilə keçirilən təlimlər davam edir.
“Anadolu” agentliyi xəbər verir ki, Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və türkiyəli həmkarı Hulusi Akar təlimləri izləyirlər.
Təlim çərçivəsində Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar çıxış edib.
O qeyd edib ki, Türkiyə və Azərbaycan silahlı qüvvələri onlara veriləcək hər cür tapşırığı quruda, dənizdə və havada yerinə yetirəcək gücdədir.