Rusiya Prezidenti Vladimir Putin ölkənin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə müşavirə keçirib.
Axin.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında məlumat yerləşdirilib.
“Vladimir Putin müşavirə iştirakçılarına yanvarın 11-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri üzrə aparılmış üçtərəfli danışıqların nəticələri barədə məlumat verib”, - saytda bildirilir.
Qeyd olunub ki, müşavirədə Rusiyanın daxili və xarici siyasətinin digər aktual məsələləri də müzakirə olunub.