"Aşk-ı memnu" serialında "Cemile" obrazını canlandıran aktrisa Pelin Ermiş estetik əməliyyatla bağlı açıqlama verib.
Axin.az xəbər verir ki, son görüntüləri ilə hər kəsi təəccübləndirən aktrisa haqqında çıxan "Estetik əməliyyət etdirib" xəbərlərinə münasibət bildirib:
"Mən iynədən belə qorxuram. Serial çəkildiyi zaman 24 yaşım var idi. İndi isə 37 olub. Üzümün dəyişməsi çox normaldır. Sadəcə alnıma botoks etdirmişəm, başqa estetik müdaxilə yoxdur".