Çində son 24 saat ərzində yalnız bir nəfərdə koronavirusa yoluxma aşkarlanıb.
MK xəbər verir ki, ölkə rəsmiləri 87 xəstənin uğurla müalicə edildiyini, ölüm hallarının olmadığını bildiriblər.
Qeydə alınan yeganə yoluxma hadisəsi xaricdən Şanxaya gələn xəstədə qeydə alınıb.
Ölkədə cəmi 1 676 xarici yoluxma müşahidə olunub, 325 nəfərin xəstəliyi hələ davam edir, 5 nəfərin vəziyyəti ağırdır. 1351 xəstə sağalıb, xarici yoluxmada heç bir ölüm hadisəsi qeydə alınmayıb.