Türkiyənin TV8 kanalında yayımlanan “Survivor” yarışmasında birləşmə partisi keçirilib.
Axin.az xəbər verir ki, müğənni Hadisə də partiyə görüntülü bağlanıb.
Yarışmada aralarında eşq olduğu iddia edilən Sercan və Nisa ilə bağlı ifaçı “Survivor”da yeni bir eşq doğulur” deyə, aparıcı Acun Ilıcalıya sual ünvanlayıb.
Acun isə “Eşq var deyə bilmərik. Əlimizdə elə bir məlumat yoxdur. Sən eşqin qoxusunu çox yaxşı alırsan, amma mən də alıram. Sən Dominikandan alırsan, mən də Türkiyədən bəzi qoxular alıram. Bu barədə nə deyə bilərsən” sözləri ilə qarşılıq verib.
Bu zaman Hadisə utanaraq üzünü bağlamağa çalışıb. O, gülərək “Eşq gözəl bir şeydir. Bunu sən də çox yaxşı bilirsən” deyə, söyləyib.
Qeyd edək ki, Hadisə türkiyəli aktyor Kaan Yıldırımla eşq yaşayır. “Survivor”a canlı bağlandığı ev də sevgilisinin evidir. Bunu sosial şəbəkə istifadəçiləri ortaya çıxarıb. Cütlük karantin günlərini birlikdə keçirir.