Dünyada koronavirusa yoluxanların sayı durmadan artır. Onlar arasında məşhurlar da az deyil.
Axin.az Axin.az-a istinadən bildirir ki, amerikalı 19 yaşlı müğənni Şarlot Laurensin analizlərinin nəticəsi də pozitiv çıxıb.
Bu barədə gənc ifaçı sosial media hesabında məlumat verib:
"Sağalacağıma əminəm. Evdə qalın. Özünüzü xəstə hiss etsəniz də, etməsəniz də. Ana-atanızı, nənə-babanızı fikirləşin".
Qeyd edək ki, Şarlot aktrisa Krista Miller ilə ssenarist Bil Laurensin qızıdır.