“Səbail” futbol klubunda ayrılıq rəsmiləşib.
Axin.az klubun rəsmi sosial şəbəkə ünvanına istinadən xəbər verir ki, Bakı təmsilçisi Futbol Akademiyasının direktoru Yan Yaap Şmaalla vidalaşıb.
Bildirilib ki, hollandiyalı mütəxəssislə müqavilə bitib.
Qeyd edək ki, Yan Yaap Şmaal ötən il aprelin 3-də Azərbaycan klubunda Akademiyanın direktoru təyin olunmuşdu.