Fransanın futbol üzrə əsas çempionatı təxirə salınıb.
Bununla bağlı Fransa Peşəkar Futbol Liqası məlumat yayıb.
Bildirilib ki, qərar Fransa prezidentinin göstərişinə əsasən koronavirus epidemiyasının yayılması səbəbindən qəbul edilib.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı dünyada 130 mindən çox insanın bu virusa yoluxduğunu açıqlayıb.