Xəbər verdiyimiz kimi Türkiyədə ilk koronavirusa yoluxma halı müəyyən edildikdən sonra məktəbəqədər və ibtidai təhsil müəssisələrində 16 martdan etibarən 1 həftəlik tətil olacaq.
“Yeni Sabah” Türkiyə mediasına istinadən bildirir ki, ölkədə dərslərin dayandırılmasından sonra hər iki valideynin işlədiyi ailələrdə 4-10 yaşlı uşaqların kimə əmanət edilməsi məsələsi ən aktual mövzuya çevrilib.
Problem 12,3 milyon şagirdi əhatə edir.
Ölkənin Təhsil Nazirliyinin işləyən valideynlərdən birinin ödənişli məzuniyyətə buraxılması barədə qərar qəbul edəcəyi gözlənilir.