Rusiyada müəlliminin məzarını ziyarət edən Prezident Vladimir Putin ona yaxınlaşaraq təqaüdüylə bağlı sual verən qadına cavab verməkdə aciz qalıb.
Axin.az xəbər verir ki, qadın Putinə, “maaşım 10 min 800 rubldı, yəni 170 dollar. Bu maaşla necə yaşamaq olar? Siz yaşaya bilərsinizmi?”-deyib. Bu sual qarşısında aciz qalan Putin qadına necə cavab verəcəyini bilməyib.
Prezident müəllimi olan və onu siyasətə yönləndirən doxsanıncı illərin əfsanə Sankt-Peterburq bələdiyyə sədri Anatoli Sobçakın 20-ci ildönümü ilə bağlı məzarını ziyarət edib. Ziyarətdən sonra ərazidə insanlarla görüşüb. Bütün bunlar da elə orda baş verib.
Qadın “Sizin maaşınız 800 min rubldı. Elə deyilmi? Yəni təxminən 12 min 600 dollar”-deyərək Putini utandırıb. Üzü qızaran Putin vəziyyətdən çıxmaq üçün məsələni zarafata salaraq, “Bu məsələ mənlə əlaqəli deyil, məndən də çox maaş alanlar var. Ölkə prezidentinin maaşı ən yüksək məbləğ deyil”. Çətin şəraitdə yaşayan ailələrə, tək işləyən qadınlara dövlət dəstəyi tələb edən qadına, Putin bununla bağlı yeni bir layihə başlatdıqlarını bildirib.
Putinin açıqlamalarından narazı qalan qadın hökumətdən sosial problemlərin təcili həllini tapmasını və minimum əmək haqqının 190 dollara qaldırılmasını istəyib. Onun sözlərinə görə maaşlarının yarıdan çoxunu ərzaq dükanlarına xərcləyirlər.