Gürcüstanın bu gün azadlığa buraxılan sabiq Baş Naziri Vano Merabişvili aktiv siyasi fəaliyyətə qayıdacaq.
Axin.az Yenicag.az-a istinadən xəbər verir ki, bu barədə sabiq nazir yerli mətbuata açıqlamasında bildirib.
O, siyasi fəaliyyətə qayıtmasının zəruri olduğunu qeyd edib.
Qeyd edək ki, V. Merabişvili 2004-2012-ci illərdə Gürcüstanın Daxili İşlər naziri, 2012-ci ilin iyul-oktyabr ayları ərzində isə Baş Nazir vəzifəsini tutub.