“Sizə zəmanət verirəm ki, bu hökumətə bir ildən sonra son qoyulacaq”.
Bunu bu gün azadlığa çıxan Gürcüstanın sabiq baş naziri və daxili işlər naziri Vano Merabişvili jurnalistlərə açıqlamasında bildirib.
O, tərəfdarlarına dəstəyə görə minnətdarlıq edib: “Dəstəyin sayəsində mən bu il bu rejimin devrilməsi üçün mübarizəyə özümdə güc, enerji, ümid və əminlik saxlamışam. Zəmanət verirəm ki, bu hakimiyyət bir ildən sonra bitəcək”.
V.Merabişvili hansı siyasi partiyaya qoşulacağı ilə bağlı açıqlama verməyib.