Liviyada neft hasilatının səviyyəsi gündəlik 18,5 min barel səviyyəsinə enib.
Axın.az “Qazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə Liviya Milli Neft Şirkəti (LNOC) “Twitter” səhifəsində məlumat verib.
Qeyd olunur ki, göstəricilərin bu cür azalmasına səbəb şirkətin neft terminallarının blokadası olub.
"Blokadaya dərhal son qoyulmalıdır. Bu, Liviya və ölkə əhalisinin maraqları naminə dərhal neft hasilatını bərpa etməyə imkan verəcək”, - məlumatda deyilir.
Bəzi məlumatlara görə, LNOC artıq 1 milyard ABŞ dollarından çox itki ilə üzləşib.