Rusiyanın Krasnodar vilayətində makler yerli sakinin evini talayıb.
Bun barədə Lenta.ru Rusiya Daxili İşlər Nazirliyinin şəhər idarəsinin rəsmi saytında yerləşdirilən məlumata əsasən xəbər yayıb.
Bildirilir ki, yerli sakin evlərinin birini satmaq üçün açarlarını ev alqı-satqısı ilə məşğul olan 33 yaşlı maklerə verib.
Bir müddət sonra təsadüfən evinə gələn qadın bütün məişət avadanlıqlarının oğurlandığını anlayıb.
Bu barədə qadının dərhal polisə müraciət etməsi ilə əməliyyat-axtarış tədbirlərinin aparılmasına başlanılıb.
Məlum olub ki, onun müraciət etdiyi makler ev alqı-satqı şirkətinə təcrübə keçməyə gəlib. Həmin şəxsin daha əvvəl məhkum olduğu müəyyən edilib. O, tutularaq polis bölməsinə gətirilib.
Faktla bağlı cinayət işi açılıb. Onu beş ilə qədər həbs gözləyir.