Bakı şəhəri Xəzər rayonunun sakinləri yolların bərbad vəziyyətdə olması ilə bağlı redaksiyamıza şikayət ünvanlayıblar.
Demokrat.az xəbər verir ki, ərazinin mərkəzi hissələrində asfalt örtüyü olsa da, küçə yollarından istifadə edən sakinlərin avtomobilləri bu səbəbdən tez-tez sıradan çıxır.
Söhbət Xəzər rayonunun Binə qəsəbəsi, Südçülük sovxozu adlanan ərazidən gedir.
Əraziyə indiyənə kimi asfalt örtüyü çəkilməyib.
Rayon sakinləri aidiyyəti qurumlara səslənərək asfalt örtüyünün çəkilməsini xahiş edirlər.