“Bakı Metropoliteni” QSC koronavirus (COVID-19) pandemiyasından sonra ilk dəfə ənənəvi qış rejimi qrafiki tətbiq edəcək”.
Bunu “Report”un sualına cavab olaraq səhmdar cəmiyyətinin sədr müavini Hidayət Məmmədov bildirib.
“Yeni qrafikə sentyabrın 15-dən keçiləcək. Pik saatlarda “Həzi Aslanov”-“28 May” sahəsində qatarlar arasında interval iki dəqiqəyə endiriləcək. Digər sahələrdə isə günün saatından asılı olaraq interval dörd dəqiqəyə qədər olacaq”, - deyə o qeyd edib.
Axın.az