“Dəniz kuboku” müsabiqəsində iştirak edən hərbi dənizçilərimiz Bakıya qayıdıb - VİDEO
Cəmiyyət / Video
6-09-2021, 15:29
“Beynəlxalq Ordu Oyunları-2021” yarışları çərçivəsində “Dəniz kuboku” müsabiqəsində iştirak edən Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları Bakıya qayıdıb.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Sentyabrın 6-da hərbi dənizçilərimizin qarşılanma mərasimi keçirilib.
Qeyd edək ki, müsabiqəyə HDQ-nin G-122 və G-124 gözətçi gəmiləri ilə qatılan komandamız üçüncü yerə layiq görülüb.