Saatların “ürəyini sazlayan” 85 yaşlı saatsaz - VİDEO
Cəmiyyət
6-08-2021, 17:51
İnsan sevdiyi işin dalınca getdikdə, xoşladığı işi gördükdə dünyanı da gözəl görür. Eynilə Araz Şıxəliyev kimi.
O, sözlə deyə bilmədiklərini öz işi ilə izah edir, yəni sənətkardır. Zərgər dəqiqliyi tələb edən sənətlə məşğuldur.
1936-cı ildə Kürdəmirdə dünyaya gələn Araz Şıxəliyev hələ uşaq vaxtlarından məişət əşyalarının təmirinə maraq göstərib. Elə bu maraq da onu Bakıya gətirib çıxarır. İşini daha dərindən öyrənmək, peşəkar olmaq üçün qarşısına məqsəd qoyur və istəyinə çatır. Artıq 50 ildən çoxdur ki, Araz Şıxəliyev bu sənətlə yaşayır, həm də bu sənəti yaşadır.
Qəhrəmanımız həm dəqiqlik, həm peşəkarlıq, həm də novatorluq tələb edən saatsaz peşəsinə marağın azalmasından gileylənir. Həm də bu peşənin unudulmağa doğru getdiyindən, zamanla sıradan çıxacağından narahatdır.