Hesablama Palatası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində (İTSDA) yoxlamalar aparır.
Axın.az bildirirki bu barədə HİT.az-a Palatadan məlumat verilib. Bildirilib ki, Agentlikdəki yoxlamalar artıq yekunlaşmaq üzrədir.
Bundan əlavə, İTSDA-da yoxlamaların qurumun fəaliyyəti dövrünü əhatə etdiyi qeyd olunub. Nəticələr Palatanın İdarə heyətinə təqdim edildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.
Qeyd edək ki, Agentlikdəki yoxlamalar barədə ilk xəbəri unikal.org yayıb.