axin.az

SON DƏQİQƏ

Daha bir nazirlik gücləndirilmiş iş rejiminə keçdi

11-06-2021, 18:50



Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi AVRO-2020 ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışır.

Nazirlikdən verilən məlumata görə, Bakı şəhərində keçiriləcək futbol üzrə Avropa çempionatı ərəfəsində Nazirlikdə müvafiq test işləri yekunlaşdırılıb:

“Oyunların keçiriləcəyi günlərdə poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri keyfiyyətli və davamlı şəkildə təmin ediləcək”.

Nəqliyyat xidmətləri ilə təminat məqsədilə plan hazırlanıb. Eyni zamanda, taksi xidməti də təşkil olunacaq.

Oyun günlərində müvafiq öhdəliklərin icrası Nazirlik tərəfindən nəzarətdə saxlanılacaq.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Ağustos 2021    »
PtSaÇaPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA