Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin 8-11 fevral 2020-ci ildə təzadlı dəyişəcəyi, 7-dən 8-nə keçən gecədən başlayaraq Bakıda və Abşeron yarımadasında güclü küləyin olacağı ilə əlaqədar “Azərişıq” ASC gücləndirilmiş iş rejiminə keçir.
Bu barədə Axin.az-a qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.
Onun sözlərinə görə, “Azərişıq” rəhbərliyi təcili iclas keçirib:
“Bununla əlaqədar “Azərişıq” rəhbərliyi və texniki departamentin əməkdaşlarının iştirakı ilə toplantı keçirilib və gücləndirilmiş iş və növbətçilik sistemi təşkil olunub. Toplantıda həmçinin, güclü küləyin və yağışların olacağı ərazilərə əlavə mal-material və maşın-mexanizmlərin cəlb edilməsi ilə bağlı tapşırıq verilib”.
T.Mstafaeyv əlavə edib ki, “Azərişıq” rəhbərliyinin göstərişinə əsasən regionlarda növbətçilik yaradılıb: “Müraciətlərin sayının artması ehtimalını nəzərə alaraq 199 saylı çağrı mərkəzinin əməkdaşlarının sayı artırılmasına qərar verilib. Qurum istehlakçılara müraciət edərək bildiririk ki, havaların küləkli-çovğunlu olduğu vaxtlarda yüksəkgərginlikli hava xətlərinin olduğu yerlərdən keçməsinlər və qarşılaşdıqları hər hansı problemlə bağlı 24 saat fəaliyyət göstərən 199 saylı çağrı mərkəzi ilə əlaqə saxlasınlar”.