COVID-19 virusu zəminində ölkədəki sanitar-epidemioloji vəziyyət və yoluxma dinamikası mütəmadi təhlil edilərək mövcud vəziyyətə uyğun qaydalar tətbiq olunur.
Son günlərdə ölkədə koronavirus infeksiyasına yoluxan insanların sayında artım müşahidə olunur. Bəs yenidən sərt karantin rejimi tətbiq edilə bilərmi?
Mövzu ilə əlaqədər tibb elmləri doktoru, professor Adil Qeybulla Sonxeber.az-a açıqlama verib:
"Karantin qaydalarının sərtləşdirilməsi bir başa epidemioloji vəziyyətlə bağlıdır. Bilirik ki, xəstəxanalarda artıq yer problemi var. Xəstələnənlərin də sayı xeyli çoxdur. O cümlədən, ambulator xəstələrin də sayı artıq xeyli çoxdur. Amma hələlik müəyyən qaydalar çərçivəsində tarazlığı saxlamaq olar. Əgər epidemioloji vəziyyət bundan da çox pisləşərsə sərt karantin tədbirlərinin də tətbiqini düşünmək olar".