İstiliyi 65 dərəcədən yuxarı olan qaynar çay içmək qida borusunun onkologiyasının inkişafına səbəb olur. Mütəxəssislər, xəstəliyin genetik bir əsasa sahib olduğunu, ancaq xarici faktorların da əhəmiyyətli rol oynadığını qeyd edirlər.
Bizim.Media xəbər verir ki, Türk tədqiqatçılar isti qara çayın ölümcül təhlükələri barədə xəbərdarlıq yayıblar.
Yerli media yazır ki, bu, qida borusu xərçəngi riskini artırır. Araşdırmalarda 500 min nəfər iştirak edib. Onlar bir neçə il nəzarətdə olub.
Araşdırmalara görə, Türkiyənin şərqində, Çində, Qazaxıstanda, Tacikistanda və Özbəkistanda çox miqdarda isti içki qəbul etmək səbəbindən insanların qida borusunda xərçəng yaranıb.
Alimlər çayı bir az soyuduqdan sonra içməyi məsləhət görürlər. Gündə 3-4 dəfədən çox çay içilməməlidir.