Cənubi Koreyada mütəxəssislər COVID-19 ilə mübarizə çərçivəsində ölkədə tətbiq olunan plazma müalicəsinin koronavirusun mutasiyalarına qarşı effektiv olduğunu açıqlayıb.
Axin.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Xəstəliklərin qarşısının alınması və nəzarəti mərkəzi məlumat yayıb.
Məlumata görə, daxili plazma müalicəsi COVID-19-un İngiltərə və Cənubi Afrika mutasiyaları ilə virusun S, V, L, G, GH, GR və GV variantlarına qarşı effektivdir.
Üçüncü mərhələ klinik sınaqları aparılan müalicə üsulunun 42 COVID-19 xəstəsinə tətbiq olunduğu qeyd edilib. Plazma terapiyası çərçivəsində əvvəllər COVID-19-a yoluxmuş və sağalan insanlardan götürülən antikorlar xəstələrə vurulurdu.