Yevlax rayonunda zəncirvari qəza baş verib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, martın 20-də rayon ərazisindən keçən magistral yolda VAZ-2106, “Mercedes” və “Hyundai” markalı avtomobillər toqquşub.
Qəza nəticəsində üçü azyaşlı olmaqla, yeddi nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.