Evə elçi gəlir. Azərbaycan kişisinin 80 faizinin "hə" deməsi rol oynamır. Hər şeyi qadınlar əvvəldən düzüb-qoşurlar. Kişi o vaxt yada düşür ki, adət-ənənəyə görə formal xatırlanır ki, "kişi ilə də məsləhətləşək, bir də xəbər edərik sizə". Azərbaycan kişisinin 80 faizinin qızını kiməsə ərə verməkdə sözü keçmir, risk etmir ki, sabah övladı bədbəxt olanda onun üstünə düşüb ömrünün sonuna kimi ittiham edəcəklər. Hətta övlada da deyəcəklər ki, "səni atan bədbəxt etdi".
Azərbaycan kişisi evin təmiri zamanı da həyat yoldaşı ilə məsləhətləşir. Divar kağızına qədər. Sonra beyni-başı getməsin.
Azərbaycan kişisinin 80 faizi evə mebel almaqda da sərbəst deyil. Bu da həyat yoldaşının seçiminə qalır. Hətta əks cinsin seçimi ilə özünə kostyum-qalstuk alanlar çoxalıb.
Azərbaycan kişisinin 80 faizinin rəhmətlik anası ilə bacıları tez-tez təhqirə məruz qalır. Bayırda da deyilir ki, "ərim Ağamirzəyə söz deyə bilərəm? Başımı kəsər e".
Azərbaycan kişisinin 80 faizi yaşlı anasına yardımı gizli edir. Bacısının evə gəlməsi üçün həyat yoldaşına psixoloji hazırlıq kursu keçmək məcburiyyətində qalır. Tez-tez mətbəxə keçib deyir ki, "sifətini az turşut, 1-2 saatlığa gəlib". Amma arvad tərəf gələndə özünü şən göstərməlidir.
Azərbaycan kişisinin 80 faizi ayrılandan sonra övladlarını görə bilmir ki, "öl, canın çıxsın", yalnız elçilik zamanı formal olaraq dəvət edilir ki, övladımızın atası da var.
Azərbaycan kişisinin 80 faizinin qoluna yalnız fotolarda girilir. O da göz çıxarmaq və yandıq vermək xatirinə.
Azərbaycan kişisinin 80 faizi o qədər sərbəstliyini itirib ki, daha arvadının 3 təkrar sualına görə atın başını kəsə bilməz, buna ixtiyarı çatmaz, nəinki göz ağartmağı. Daha o deyilik, qardaşlar