Mikayıl Cabbarov Qarabağ Dirçəliş Fondunun İdarə Heyəti sədrini təbrik edib.
Trend-in məlumatına görə, o, bu barədə öz rəsmi "Facebook" səhifəsində yazıb:
"Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə Rəhman Hacıyev Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri təyin edilib.
Bu yüksək etimad münasibətilə onu təbrik edir, yeni vəzifəsində uğurlar arzulayırıq" - deyə nazir bildirib.