Daxili Qoşunların döyüşlərdə şəhid olan daha bir çavuşu

Cəmiyyət
20 Oca 2021
14:03




Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunların Vətən müharibəsində şəhid olan çavuşu Mirzəyev Orxan Mehman oğlu barədə məlumat yayıb.

Axin.az “Report”-a istinadən xəbər verir ki, 15.09.1993-cü ildə Biləsuvar rayonunun Zəhmətabad kəndində doğulan O.Mirzəyev 2020-ci il noyabrın 7-də Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub.

Allah rəhmət eləsin!