“Maska olmamasına görə insanların cərimələnməsi ilə “Bakı Metropoliteni” məşğul olmur”.
Axin.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirdiyi brifinqdə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov bildirib.
O qeyd edib ki, bununla məşğul olmaq aidiyyəti qurumların, polislərin işidir:
“Metronun əksər stansiyalarında aptek var və insanlar oradan maska ala bilərlər”.
“Çalışmaq lazımdır ki, maskanı səhər 06:00-da yox, əvvəlcədən alsınlar. Biz metrolarda fəaliyyət göstərən apteklərdə kifayət qədər maskanın olmasını xahiş etmişik”, - deyə sədr qeyd edib.