Ötən il qanunsuz dini təbliğatla məşğul olan 12 nəfər barəsində cinayət işi başlanıb.
“Axin.az” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2019-cu il fəaliyyəti haqqında hesabatında qeyd edilib.
Bildirilib ki, 54 nəfər barəsində inzibati tənbeh tədbirləri görülüb:
“O cümlədən 12 nəfər inzibati qaydada həbs edilib. Həmin şəxslərdən 627 ədəd dini ədəbiyyat, broşura, jurnal buklet, 249 ədəd audio və video disk, digər dini əşyalar aşkar edilərək götürülüb.