Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) rəhbərliyi və əməkdaşları da COVİD-19 pandemiyası ilə mübarizə çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsünə qoşulublar.
Komitə sədrinin köməkçisi Amil Cavadov Trend-ə bildirib ki, komitə sədri Mübariz Qurbanlı mart ayının əmək haqqısını Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürmək barədə qərar qəbul edib.
A.Cavadov vurğulayıb ki, komitənin əməkdaşları da bu təşəbbüsə qoşulub.
O əlavə edib ki, DQİDK-nin nəzdində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun və İlahiyyat İnstitutunun rəhbərliyi və əməkdaşları da bu təşəbüsə qoşulub və öz əmək haqlarının bir hissəsini Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürür.