Azərbaycanla Türkiyə arasında aviareyslər koronavirus təhlükəsi il əlaqədar martın 31-dək dayandırılıb.
Axin.az bildirir ki, bu barədə “Türk Hava Yolları” aviaşirkəti məlumat verir.
Bildirilir ki, qərar martın 15-dən qüvvəyə minib.
Qərara əsasən, qeyd olunan tarixlərə biletləri olan müştərilər həmin biletləri geri qaytara, mayın 31-dək uzada və ya mayın 31-dək başqa istiqamətə uçuşlara dəyişə bilər.
Azərbaycanda qalan Türkiyə vətəndaşları üçün zərurət yarandığı təqdirdə təxliyə uçuşları təşkil olunacaq.