Bu gün “Sədərək” Ticarət Mərkəzində baş verən yanğın zamanı polis əməkdaşları da yanğınsöndürənlərlə birgə alovun qarşısının alınmasında iştirak edib.
Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə zamanı polis əməkdaşları sahibkarların əmlakının təhlükəsiz yerə çıxarılmasında və mühafizə olunmasında köməklik göstəriblər.