Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
"Axin.az"in Muğan bürosunun məlumatına görə, hadisə Xəlilabad kəndində qeydə alınıb.
Avtomobilin maneəyə çırpılması nəticəsində rayon sakini, 1973-cü il təvəllüdlü Məmmədov Qalib Aslan oğlu xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.