Cəlilabad sakininin evinin zirzəmisində külli miqdarda narkotik vasitə aşkarlanıb.
Bu barədə "Axin.az"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Göytəpə şəhər sakini Ş.İsmayılovun evinin zirzəmisindən 2 kiloqram 565 qram heroin aşkar edilərək götürülüb.
Davam etdirilən tədbirlərlə həmin vaxt orada olan həmyerliləri A.Zeynalovdan və G.Məmmədovdan ümumilikdə 7 qrama yaxın heroin götürülüb.