Gəncə şəhərində intihar hadisəsi baş verib.
"Axin.az"in Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Cavad Xan qəsəbəsində qeydə alınıb.
Həmin qəsəbədə yaşayan 1995-ci il təvəllüdlü Eşqin İsgəndərov özünü asaraq intihar edib. İntiharın səbəbləri hələ ki, məlum deyil.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.