Tovuz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində 37 yaşlı Tovuz rayon Xatınlı kənd sakini Kərim Kərimov oğurluq hadisəsi törətməkdə şübhəli bilinərək saxlanılıb.
Bu barədə "axin.az"in Qərb Mərkəzinə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan məlumat verilib.
Onun üzərinə baxış zamanı Tərtər sakini, 62 yaşlı Bəhmən Məmmədova məxsus şəxsiyyət vəsiqəsi və bir ədəd “Samsung” markalı mobil telefon, Gürcüstan Respublikası Bolnisi rayonunda anadan olan 34 yaşlı Arzu Kərimovaya məxsus doğum haqqında şəhadətnamə və 6 ədəd fotoşəkil, Şəmkir rayonun Şeyidlər kənd sakini, 44 yaşlı Eldəniz Həsənova məxsus şəxsiyyət vəsiqəsi və ümümvətəndaş pasportu aşkar edilərək götürülüb.
K.Kərimovun B.Məmmədovun Bakı şəhəri ərazisində marşurutda cibindən gizli yolla götürdüyü pul qabında olan 120 manatı da xərclədiyi, sənədləri isə özündə saxladığı məlum olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.