Qaxda yol qəzası olub.
"Axin.az"in Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında şəhərin Heydər Əliyev prospektində baş verib.
Belə ki, hərəkətdə olan "VAZ" və "KİA" markalı avtomobillərin toqquşması nəticəsində Qax rayon sakini, 1988-ci il təvəllüdlü Vaqif Çingiz oğlu Heydərov və 1995-ci il təvəllüdlü Şövkət Murad oğlu Şahvələdov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.