Gecə saatlarında İmamverdi İsmayılovun namizədliyini geri götürməsi ilə bağlı məlumat yayılıb
Axin.az "Zəngilan-Qubadlı birliyi" adlı qrupun sosial şəbəkədə yaydığı həmin məlumatı təqdim edir:
"125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd İmamverdi İsmayılovun namizədliyi ləğv edilib. Qeyd olunur ki,buna səbəb keçmiş deputatın seçki kampaniyası çərçivəsində apardığı təbliğat-təşviqat kampaniyası zamanı, rüşvət vermə, hədiyyələr göndərmə tipli seçkiyə zidd hallar olub.
Bundan başqa İmamverdi İsmayılovun təbliğat - təşviqat zamanıda çoxlu sayda etdiyi qanun pozuntuları ilə bağlı da Mərkəzi Seçki Komissiyasına şikayətlər edilib. Bu səbəbdən də İmamverdi İsmayılovun namizədliyinin ləğv olunması haqda qərar verilib.." (İxa.az)