axin.az

SON DƏQİQƏ

Yevlax MERO-sunda "damara baxıb, qan alır"lar... -VİDEO

21-06-2021, 11:25


Hər gün eşitdiyimiz, gördüyümüz, mediadan izlədiyimiz xəbərlərin böyük əksəriyyəti yol qəzaları ilə bağlıdır.
Yenixeber.org: Elə bu qəzalar səbəbindən ən çox giley-güzar mənbəyi olan da bacarıqsız sürücülərdir.

Hamımız sürücüləri qınayırıq, amma bu bacarıqsızlara sürücülük hüququ verən orqanı qınamaq isə çoxlarımızın ağlına gəlmir.
"MERO" kimi tanıdığımız Qeydiyyat, İmtahan və texniki baxış şöbələrində əməlli-başlı açıq bazar fəaliyyət göstərir.

Həmin "bazar"lardan biri də Yevlax rayon "MERO" -dur. Hansı ki, sözügedən qurumda lentə alınmış görüntülər artıq bir neçə gündür ki, sosial şəbəkələrdə və media gündəmində məşhurluq qazanıb.

Bu cür açıq-aşkar fəaliyyət göstərən "prava bazarı"ndan bütün ölkənin xəbəri varsa, həmin qurumun rəhbərliyinın xəbərdar olmaması mümkünsüz görünür. Hələ üstəlik internet üzərindən kiçik araşdırma apararkən gördük ki, bu məlumat nə ilk deyil, nə də ki, yeni. Artıq uzun müddətdir ki, bu barədə yerli medialar məlumatlar paylaşırlar.

Baxmayaraq ki, artıq "Həsən ağanın qohumu" işdən çıxarılıb, sözügedən quruma yeni rəis olaraq Cavanşir Vəliyev təyin edilib.
Qeyd edək ki, C.Vəliyev əvvəllər Yevlax DYP-nin rəisi olub.

Amma, görünən o ki, Yevlax rayon 7 saylı Qeydiyyat, İmtahan və texniki baxış şöbəsində dəyişən sadəcə rəisdir. "Qayda"lar Elxan Əliyevin dövründə olduğu kimi davam edir.
O zamanlar da açıq bazar idi, indi də...

Nəyinki qarşısını almaq, hətta İddia olunur kı, Yevlax Regional İmtahan-Qeydiyyat və Texniki baxış şöbəsinin rəisi vəzifəsinə yeni təyin olunan polis polkovnik leytenantı Cavanaşir Vəliyev texniki baxışın qiymətini iki dəfə qaldırıb…

Bu barədə mediaxeberleri.az-a məlumat verən Ucar sakini bildirib ki, Cavanşir Vəliyev avtomobillərin texniki baxış rüsumunu 85 manata qaldırıb. Dövlət rüsumu 30.40 qəpik olan texniki baxışın bu qədər qaldırılmasının səbəbi yeni təyin olunan rəisin tapşırığı ilə həyata keçirilir.

Saytımızın redaksiyasına Yevlax "MERO"-dakı "şıdırğı alver"i əks etdirən videogörüntü daxil olmuşdur.

Görüntüləri izləyərkən qurum əməkdaşlarının bu sərbəstliyinə heyran qalmamaq əldə deyil doğrusu.

Bu cür "qiymət oxuyub", istəyini əldə edən kimi, biliyini, bacarığını yoxlamadan sürücülük vəsiqəsi verib yola salan qurum üzündən hər gün yollarda 10-larla, hətta 100-lərlə can alınır.

Çox təəssüflər olsun ki, illərdir əleyhinə tədbirlər görülən, aradan qaldırılması üçün bir çox addımlar atılan korrupsiya faktları bu gün də var və nə yazıq ki, bu hal demək olar ki, əksər istər özəl, istərsə də dövlət qurumlarında yaşanır və Elxan Əliyev kimi, sələfi Cavanşir Vəliyev kimi "patron"lar olduğu sürəcə də yaşanmaqda davam edəcək.

Ölkədə yaşanan bu kimi qanunsuzluq ilk növbədə qurumun özünün, özündən yuxarı tabe olduğu qurumun, eləcə də ölkə, dövlətçilik adına xələl gətirir.

Elə sözügedən bu qurumdakı korrupsiya, vəzifədən sui-istifadənin özü də Daxili İşlər Nazirliyinin adına və fəaliyyətinə ləkədir.

QEYD: BDYPİ-nin tabeliyində olan "MERO" adlanan "prava bazarı" təkcə Yevlax rayonunda deyil, demək olar ki, ölkənin bütün ərazisində "sərbəst fəaliyyət" göstərir.

Növbəti yayımlarımızda Sumqayıt MERO-su barədə də ətraflı araşdırma məlumatları və reallığı əks etdirən videogörüntüləri təqdim edəcəyik.

Adıçəkilən tərəflərin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

[media=https://youtu.be/bfeKAskal3w]


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Temmuz 2021    »
PtSaÇaPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
DÜNYA