İsrail-Fələstin toqquşmasında ölənlərin sayı 89-a çatıb.AXİN.AZ-ın xəbərinə görə, İsrailin raket zərbələri nəticəsində indiyədək Qəzzada 83nəfər həlak olub.Bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.Bildirilib ki, ölənlərin 17-si uşaq, 7-si qadındır."HAMAS"ın İsrail ərazisinə endirdiyi raket zərbələri nəticəsində isə 6 nəfər həlak olub. Ölənlər arasında həm mülki vətəndaşlar, həm də hərbçilər var.Xatırladaq ki, mayın 10-dan etibarən İsrail və "HAMAS" arasında gərginlik artıb.
Tərəflər bir-birinə raket zərbələri endirib.İsrail Müdafiə Qüvvələrinin verdiyi məlumata görə, Qəzza ərazisindən İsrailə indiyədək 1000-dən çox raket atılıb.