Marsdakı orqanizmlər dünyada ölümcül epidemiyalara səbəb ola bilər.
AXİN.AZ xəbər verir ki, bu sözləri Beynəlxalq Marsdan Nümunə Gətirilməsinə qarşı Beynəlxalq Komitənin (ICAMSR) üzvü Gilbert Levin deyib.
Onun sözlərinə görə, Marsdakı mikroorqanizmlər yerin həssas olduğu dağıdıcı Mars vəbası pandemiyasına səbəb ola bilər:
“Marsdan Yerə daş və torpaq nümunələrinin gətirilməsi böyük risklər daşıyır. Nümunələr dünyaya təhlükəsiz qablarda gətirilsə belə, bəzilərinin qabların açılacağı laboratoriyadan qaçma ehtimalının yüksək olmasından narahatam”.
Qeyd edək ki, NASA-nın Marsa göndərdiyi “Perseverance” roverinin topladığı nümunələrin dünyaya gətirilməsi üçün qurum və Avropa Kosmik Agentliyi (ESA) 2026-cı ildə missiya göndərməyi planlaşdırır.