Qırmızı Planet adlanan Marsda suyun olduğu barədə məlumatlar çoxdan var.Alimlər araşdırıblar ki, Marsdan kosmosa az miqdarda olsa su sızırmış
Axin.az Metbuat.az-a istinadən xəbər verir ki, alimlər, Marsın mövsümi dəyişikliklər zamanı yaşanan fırtına səbəbiylə kosmosa su sızdığını müəyyən ediblər. Bundan əlavə, Qırmızı Planetin Günəşə yaxın yerləşməsi səthdəki buzlu suyun buxarlanmasına da təsir göstərir.
Araşdırmalara görə atmosferdəki su buxarının səviyyəsi Marsın Günəşə yaxınlığına görə dəyişir. Qırmızı Planetin Günəşə yaxınlığı 333 milyon kilometr məsafədədi. Tədqiqatın nəticələrinə görə Mars bu nöqtəyə çatanda yerdən 90 kilometr yüksəklikdə su buxarı aşkar edilib. Ən ucqar nöqtədə bu yüksəklik 60 kilometrə qədərdir.