Amerikalı aktrisa Olimpiya Dukakis vəfat edib.
AXİN.AZ xəbər verir ki, bu barədə Kinematoqrafiya İncəsənət və Elmlər Akademiyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Hollivud ulduzu uzun sürən xəstəlikdən sonra Nyu-Yorkdakı evində 90 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, O.Dukakis "Ayın hakimiyyəti" filmindəki obrazı ilə məşhurlaşıb. O, ekran işindəki roluna görə "Oskar" və "Qızıl Qlobus" mükafatlarına laqyiq görülüb. Sənətçi 60-dan çox filmdə, 50-dən çox serialda çəkilib.