Rusiya Litva səfirliyinin iki, Slovakiya səfirliyinin üç, Latviya və Estoniya səfirliklərinin hərəsinin bir əməkdaşını “arzuolunmaz şəxs" elan edib.
AXİN.AZ xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumatda bildirilib ki, sözügedən şəxslər bir həftə ərzində Rusiya ərazisini tərk etməlidirlər.
Məlumat üçün bildirək ki, adıçəkilən ölkələr Çexiya ilə həmrəylik nümayiş etdirərək bir neçə Rusiya diplomatını “persona non qrata” elan ediblər.