Türkiyənin TUSAŞ şirkəti T-629 adlı pilotsuz elektrikli hücum helikopterinin prototipini istehsal edib. Ordu.az xəbər verir ki, bu barədə şirkətin Baş direktoru Temel Kotil məlumat verib.
O, 6 tonluq T-629-un ATAK-a alternativ olduğunu bildirib. Elektrikli pilotsuz versiya ilə əlaqəli suala cavab olaraq Kotil prototipin artıq istehsal olunduğunu və işlədiyini bildirib.
İlk dəfə 2020-ci ilin iyun ayında nümayiş etdirilən T-629 hücum helikopteri maketi ROKETSAN tərəfindən hazırlanmış L-UMTAS lazerlə idarəolunan uzun mənzilli tank əleyhinə raket sistemləri ilə təchiz olunacaq.